Azərbaycanda belə komanda da var - 90 aydan sonra…

15 Noyabr 2022 01:10 Şamaxı 596
Azərbaycanda belə komanda da var -  90 aydan sonra…

“Şamaxı” 90 aydan sonra Azərbaycan Premyer Liqasında iki oyunda məhsuldarlıq nümayiş etdirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçi olduğu komanda buna səfərdə "Turan Tovuz"u 3:1, evdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub etməklə nail olub.

Bölgə təmsilçisinin ardıcıl iki matçda 3 və ya daha çox qol vurmasına sonuncu dəfə 2015-ci ilin mayında təsadüf olunub.

7 il 6 ay əvvəl klub hələ Bakı “İnter”i adı altında çıxış edirdi. Komanda səfərdə “Simurq”u 3:2, evdə “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

“Şamaxı” ölkə çempionatlarında 91 dəfə üç və ya daha çox qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti