“Bir gün Azərbaycan millisində forma geyinmək mənə də qismət olar”

14 Noyabr 2022 21:20 Şamaxı 998
“Bir gün Azərbaycan millisində forma geyinmək mənə də qismət olar”

“Gənclər millimizdə oynamışam, bundan sonar əsas komandada çıxış etməyi arzulayıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın hücumçusu Kamran Quliyev deyib.

Əyalət klubunun “Sabah”dan birillik icarəyə götürdüyü 22 yaşlı forvard Premyer Liqada uğurlu mövsüm keçirir.

O, debüt sezonunda artıq 4 dəfə adını tabloya yazdırıb. Kamran deyir ki, ölkənin bir nömrəli yığmasına dəvət almaq arzulamaqla olan bir şey deyil:

“Daim öz üzərimdə çalışıb, daha da yaxşı olmaq lazımdır. İnşallah, bir gün Azərbaycan millisində forma geyinmək mənə də qismət olar”.

Digər Xəbərlər
Xəbər Lenti