"Gedin, yatın" - Bölgə klubundan gələn mesaj kimədir? - FOTO

12 Noyabr 2022 23:00 Şamaxı 658
"Gedin, yatın" - Bölgə klubundan gələn mesaj kimədir? - FOTO

Bu mövsüm “Şamaxı”da parlamaqda olan yerli futbolçulardan biri də Kamran Quliyevdir.

22 yaşlı forvardın aktivində artıq 4 qolu var.

Bu qollardan üçünü son iki turda vuran Kamran komandasının ardıcıl iki qələbə qazanmasında vacib rol oynamış olub.

Quliyev bombardirlik bacarığı ilə bərabər, həm də vurduğu qolları kameralar önünə gələrək maraqlı formada qeyd etməsi ilə diqqət cəlb edir.

Futbolçu sevincinin xüsusi mənası ilə bağlı ünvanladığımız suala belə cavab verib: “Bununla mənə inanmayanlara gedin, yatın demək istəyirəm”.

“Qəbələ”nin yetirməsi olan Kamran Quliyev qısa müddət Litva “Jonova”sında, daha sonra ölkəmizdə “Sabah” klubunda çıxış edib.

O, gənclər millimizin formasın da geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti