Bəs “Sumqayıt”? - FOTOLAR

12 Noyabr 2022 02:00 Şamaxı 586
Bəs “Sumqayıt”? - FOTOLAR

Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Sportinfo.az xəbər verir ki, günün yeganə oyununda "Şamaxı" "Sumqayıt"ı qəbul edib.

Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib.

Komandanın qollarını 8-ci dəqiqədə Rövşən Şahmuradov, 33-cü dəqiqədə Nihad Quliyev, 62-ci və 66-cı dəqiqədə Kamran Quliyev vurub.

Qonaqlarda isə 14-cü dəqiqədə Vüsal İsgəndərli, 69-cu dəqiqədə Rüfət Abdullazadə fərqlənib.

"Şamaxı" qələbə sayəsində xallarının sayını 10-a çatdırıb və 7-ci sıradakı "Səbail"ə çatıb. "Gənclik şəhəri" təmsilçisi 5 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti