Maaş məsələsində də qardaş kimisiz? – “Bura gələndə ağ kağız vermişdik”

11 Noyabr 2022 17:10 Şamaxı 525
Maaş məsələsində də qardaş kimisiz? – “Bura gələndə ağ kağız vermişdik”

Sportinfo.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 14-cü turunun "Sumqayıt"la (4:2) oyunundan sonra mətbuat konfransında iştirak edib.

- Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki Samir Abasovun gəlişindən sonra rəqib komandada ciddi dəyişikliklər olmuşdu. "Neftçi"yə qarşı oynadıqları oyun da bunu göstərdi. 3-4 matçlarını analiz etdik və boşluqlarını gördük. Hazırlaşdıq və uşaqlar verilən tapşırıqları istədiyimiz kimi yerinə yetirə bildilər. Uşaqlar baxımlı və əzmkar futbol oynadılar. Bəzən deyirlər ki, hər dəfə eyni sözləri danışıram. Amma bu uşaqlara güvənmək lazımdı. Hər dəfə qeyd edirdim ki, oyundan-oyuna inkişaf edəcəyik. Çünki onların necə hazırlaşdıqlarını görürük. Bu da özünü göstərir. İş günü olsa da, azarkeşlər bizi tək qoymadılar. Onlara da təşəkkür edirəm. "Sumqayıt"a da gələcək matçlarda uğurlar arzulayıram.

- "Sumqayıt"dakı boşluqlar nədən ibarət idi?
- Yarımmüdafiə və müdafiə xətti arasında boşluqları var idi. Bilirdik ki, onlar cərimə meydançasının içərisində kompakt oynayırlar. Belədə, demək ki, cinahlarında boşluqları var idi. Cinahların aktiv olmasına çalışdıq.

- Bundan əvvəlki turlarda qol vurmaqda çətinlik çəkirdiz. Amma sin iki tura 7 qol vurmusunuz. Əvvəl problem nədə idi?
- Futbolçularımız təcrübəsiz idi. Əvvəlki oyunlarımıza baxırdıq, qol imkanları yaradırdıq, amma reallaşdıra bilmirdik. Məşqlərdə futbolçularımızla fərdi də işləyirik ki, epizodu qola çevirsinlər. İkinci dövrə başlayandan hər oyun qol vururuq. Məğlub da olmuruq. Bu, sevindiricidi. İki oyun qələbə qazanmaq da hər şey demək deyil. Çünki futbolçuların üzərində təzyiq olur ki, təsadüf qələbə qazandılar. Sevinirik ki, qolları hücumda olanlar vurur.

- Texniki zonada daha çox ayaqüstə olan Cavid Hüseynov idi...
- Cavid və Vüqar eynidi. Hərəmizin öz işi var, bunu bölüşdürmüşük. Məşqlərdə və texniki zonada öz işimizi görürük. Fərqi yoxdur, hər ikimiz eyni fikirləşirik. İkimizdən biri olmasa da, futbolçular eyni fikirlə davam edirlər.

- PRO lisenziyasına da yiyələndiniz. Bildiyimiz qədərilə oyun analizlərində də yaxşısınız. Cavid Hüseynovla bir növ qardaş kimi olduğunuzu deyirsiniz. Maaş məsələsində də qardaş kimisiz?
- Bəli. Bizim üçün pul o qədər önəmli deyil. Eyni dəyəri alırıq. Bura gələndə ağ kağız vermişdik və maaşın o qədər də önəmli olmadığını bildirmişdik. Çünki ilk işimizdi və özümüzü göstərmək istəyirdik. Elə bu uşaqlarla özümüzə inanırdıq. Məşqçilər şanslıdır ki, bizim maariflənmənin rəhbəri Aslan Kərimovdu. Onun futbol savadı, təcrübəsi bizə kifayət qədər məlumatlar verir. Orada özümüzü inkişaf etdiririk. İki ildən artıq oxuduq PRO lisenziyasını. Orada tək fiziki, texniki tərəfdən deyil, həm də oyun analizlərinə də üstünlük verirdik. Aslan Kərimovun da böyük əziyyəti oldu. Hər məşqçinin həyatında olmalıdı. PRO lisenziyası almamışdan qabaq Premyer Liqada işləməyə başladım. Bundan sonra "Şamaxı" ilə liqada daha iddialı olmaq istəyirik.

- Qarşıda yığma komandamızın yoxlama oyunları var. "Şamaxı"dan kimlər hazırdı millidə oynamağa?
- Bütün futbolçularımız hazırdı. Canni De Byazi kimi dəvət edər, sevinə-sevnə göndərərik futbolçumuzu. Çünki işimiz odur.

- Siz kimi hazır görürsüz?
- Rauf Hüseynli, Cəlal Hüseynov, Adil Nağıyev. Bir az da zaman lazımdır ki, Fuad Bayramlını da millidə görək. Həqiqətən də möhtəşəmdi. Müdafiə, hücum planında, fərdi də yaxşıdı. Bütün futbolçuların işinə yanaşması bizi çox sevindirir.

- Futbolçularınızla maraqlanan klublar var?
- Futbolçularımızla maraqlanan iddialı klublar var. Amma özlərinə də başa salırıq ki, ehtiyatda oturmaqdansa, oynamaq, təcrübə qazanmaq lazımdı. Onlar da hələ ki, "Şamaxı"da oynamağı üstün tuturlar.

Digər Xəbərlər
Xəbər Lenti