Transfer söhbəti etdi: "Biz pula görə futbol oynamırıq"

4 Noyabr 2022 17:50 Şamaxı 477
Transfer söhbəti etdi: "Biz pula görə futbol oynamırıq"

"Şamaxı" Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Vüqar Əsgərli sualları cavablandırıb:

- Həmişə Tovuz səfəri çox ağır keçir. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bizə xal lazım idi. "Turan Tovuz"un yaxşı müdafiə olunduğunu bilirdik. Bu müdafiəni yarmaq üçün bizə rotasiyalar lazım idi. Qol imkanlarını qola çevirə bilmirdik. Həftə ərzində bunun üzərində işlədik. Bu gün sevincliyik. Futbolçularımı təbrik edirəm. Səbrli olmalıyıq, bu oyunçulara inanmaq lazımdır. Onlar bizim gələcəyimizdir. Hər oyuna motivasiya ilə çıxırlar. "Turan Tovuz"a uğurlar arzulayıram.

- Bu gün "Turan Tovuz"un heyətində 5 itki var idi. Bu, sizin işinizə nə dərəcədə yaradı?

- Biz bütün matçlara hazırlaşanda rəqibin oyun stilinə fikir veririk. "Turan Tovuz"un heyətində kifayət qədər yaxşı futbolçular var. Bu gün istədiyimiz oyunu sərgiləyə bildik. Komandamız matça yaxşı köklənmişdi.

- Qələbə üçün mükafat olacaq?

- Təbii ki. Məbləği bilmirik. Biz pula görə futbol oynamırıq. Bizim üçün ən böyük mükafat ilk qələbəmizdir.

- Növbəti turda əsas rəqibiniz olan "Sumqayıt"la qarşılaşacaqsız. Bu görüşdən gözləntiniz nədir?

- Biz hər nəticədən sonra həmin oyunu unuduruq. "Sumqayıt"la matçın cuddiyyətini başa düşürük. Oyuna az da olsa, vaxtımız var. Ümid edirəm istədiyimiz oyunu sərgiləyə biləcəyik.

- Bu qələbə arxayınlıq yaratmayacaq?

- Tablo göz qabağındadır.

- Matç bitəndən sonra qarışıqlıq yarandı. Bu, nə ilə bağlı idi?

- Futbolçular arasında gərginlik oldu. Oyunun sonudur, emosionallıq var. Orda baş verənlər orda da qaldı. Uşaqlarla danışılası bir şey yoxdur. Özləri də dedilər-güldülər, barışdılar.

- Kamran Quliyev Amil Yunanovu nə dərəcədə əvəz edə bilir?

- Kamran gəncdir, çox istedadlıdır. Oyundan-oyuna istədiyimizi ondan ala bilirik. Amilin yerini doldura bilir. Təbii ki, Amil də olsa, ikisi yaxşı tandem olardı. Tək Kamran yox, Rövşənin də oyunundan çox razı qalırıq.

- Rauf Hüseynli bundan da yaxşı çıxış edə bilər?

.- Bütün futbolçularım bundan da yaxşı çıxış edə bilərlər. Özlərinə inanmalıdırlar. Təzyiqlərə fikir verməməliyik, normal şeydir.

- Rauf Əliyev transfer siyahınızda var?

- Tək Rauf yox, çox oyunçular siyahımızda var. Danışıqlar aparırıq. Birinci yarı bitdikdən sonra müzakirə aparacağıq.

Digər Xəbərlər
Xəbər Lenti