"Legionerləri də gətirsək..."

14 Oktyabr 2022 17:30 Şamaxı 583
"Legionerləri də gətirsək..."

Premyer Liqanın 10-cu turunda "Qəbələ" ilə evdə 1:1 oynayan "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli matçdan sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, qazanılan bir xalı bu cür qiymətləndirib:

"Azarkeşlərimizi təbrik edirəm. Hər oyunda uduzsaq da, dəstək olurlar. Onlara da qələbə lazımdı. Səbirsizdilər, onları səbirli olmağa çağırıram.

Çünki sıfırdan formalaşmışıq, gənc futbolçularımız var. Bu futbolçularla gələcəkdə çox işlər görə bilərik. Oyunun gərgin keçəcəyi məlum idi. "

Qəbələ"nin heyətində zəngin təcrübəyə malik futbolçular var. Onlar dinamik, dominant futbol oynayır. Bu cür komandaya qarşı isə çox çətin olur.

Futbolçular müdafiə və hücum planında 90 dəqiqə mübarizə aparırdı. Premyer Liqada ani diqqətsizlik qola gətirib çıxarır.

Qol buraxsaq da, toparlanıb, hesabı bərabərləşdirdik. Hədəfimiz xal və xallar qazanmaqdı. Bu gün xal qazansaq da, bu, hər şeyə nail olduğumuz anlamına gəlməməlidi.

Daha çox işləməliyik. Sona qədər əla futbol göstəririk, son dəqiqədə qol buraxırıq. Bəxtsizlik bizdən əl çəkmir.

Amma bu gün bir xal qazandıq. Hər komandaya qarşı eyni hazırlaşırıq. Belə komandalara qarşı ani diqqətsizlik etmək olmaz. Bu xal bizə əlavə motivasiya verəcək".

Əsgərli komandaya legionerlərin cəlb olunub-olunmayacağı ilə bağlı isə bu cür danışıb:

"Qol buraxırıqsa, hamının səhvi var, məşqçilərin də, futbolçuların da. Analiz edəndə görürük ki, buraxılan qolda tək Adildə səhv yoxdu.

Ondan əvvəl olan səhvlərdi ki, məcburiyyətdən Adil də səhv edir. Ümumi baxanda komandamıza təcrübəlilər vacibdir. Ki, gənclərimiz də inkişaf etsin.

Onlara meydanda və meydandan kənarda da dəstək olurlar, yol göstərirlər. Biz də istəyərik ki, səviyyəli legionerlər gətirək.

Ön xətdə bizim üçün vacibdi. Ancaq əvvəldən bəlli strategiyamız var. Legionerləri də gətirsək, həmin strategiya pozulacaq.

İstəyirik ki, belə davam edək. Yavaş-yavaş səhvləri aradan qaldırırıq. Qəti bir şey yoxdu. Rəhbərliklə görüşəcəyik, necə olacağı qışda bilinəcək".

Digər Xəbərlər
Xəbər Lenti