Qələbəyə möhtac komandanın kapitanı: “Öz səhvimiz ucbatından…”

10 Oktyabr 2022 20:40 Şamaxı 460
Qələbəyə möhtac komandanın kapitanı: “Öz səhvimiz ucbatından…”

“Bizim üçün hər oyun çətindir.

Gənclərlə təcrübəlilərin vəhdətindən qurulmuş yeni komandayıq. Bir yerdə olmağımızın heç 6 ayı tamam olmayıb”.

“Şamaxı”nın kapitanı Elvin Məmmədov Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 9-cu turu çərçivəsində komandasının səfərdə “Zirə” ilə keçirdiyi oyun haqda fikirlərini bölüşüb.

Bölgə təmsilçisi “qartallar”la görüşdə kifayət qədər inamlı və mübariz görünsə də, ani diqqətsizlik üzündən qapılarından keçən yeganə qol oyunun taleyini həll etdi.

34 yaşlı yarımmüdafiəçi yenilginin səbəbini söyləyib:

“Premyer Liqa üçün təcrübəsiz komanda olmağımıza baxmayaraq, hər matça maksimum nəticə üçün çıxırıq.

Səmimi sözümdür, Zirəyə xal və ya xallar üçün yollanmışdıq. Nə bacarırdıqsa, ortaya qoymağa çalışdıq, əvvəldən sonra qədər mübarizə apardıq.

Sadəcə, öz səhvimiz ucbatından qapımızda qol gördük.Əsas odur ki, komandada oyundan oyuna artım müşahidə olunur.

Bu gün üçün vacib olan da budur. Oyun olan yerdə mütləq nəticə də olacaq”.

“Şirlər” cari mövsümdə keçirdiyi 9 oyundan sonra 2 xal toplamaqla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti