Daha bir azərbaycanlı məşqçini imtahanda kəsdilər

9 Oktyabr 2022 11:40 Şamaxı 1 042
Daha bir azərbaycanlı məşqçini imtahanda kəsdilər

Daha bir azərbaycanlı məşqçi «Pro» lisenziyası ala bilməyib.

«Şamaxı»nın əvəzedici komandasını çalışdıran Zaur İsmayılov imtahandan kəsilib.

İki ildir AFFA-nın keçirdiyi kurslarda iştirak edən mütəxəssisin hazırlıq səviyyəsi təlimatçı heyəti razı salmayıb.

Onunla yanaşı, «Şamaxı»nın əsas komandasının sabiq sükançısı Sənan Qurbanovla «Sumqayıt»ın uşaq futbol akademiyasının direktoru Hakan Sünalın «Pro» almadığını xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti