Büdcəni artıracaqlar, babat legionerlər gətirəcəklər

8 Oktyabr 2022 09:40 Şamaxı 1 785
Büdcəni artıracaqlar, babat legionerlər gətirəcəklər

Premyer Liqanın birinci dövrəsini qələbəsiz tamamlayan ilk iştirakçı «Şamaxı» oldu.

Məğulbiyyətləri sapa düzən komandanı bu dəfə «Zirə» məyus etdi.

Sular burada artıq lal, öz minvalı ilə sakit axmır. Bir tərpəniş var. Rəhbərlikdə olsun, məşqçi korpusunda olsun, futbolçularda olsun. Bu tərpəniş üç bir tərəfi əhatə edir.

İndi rəhbərlik başa düşür ki, dünəndə qalmaq, xəyallarla yaşamaq təhlükəlidir, məhdud büdcə ilə nəyəsə nail olmaq qeyri-mümkündür.

Deyəsən, əl cibə gedir və qış fasiləsində ciddi dəyişiklik edəcəklər. Büdcəni artıracaqlar, babat legionerlər gətirəcəklər. Hər yoldan keçəni tranfser eləməsələr, «Şamaxı»nın düzəlmək ehtimalı yaranar.

Bu tərəfdən, Cavid Hüseynov öz işini görür. Vəziyyət elədir ki, üstünə getmək mənasızdır.

Soyuducusunda nə ərzaq varsa, ona uyğun da yemək bişirir. Yalnız kartof-soğandan küftə-bozbaşı necə hazırlayasan, bunun əti olmalıdır, yağı olmalıdır, ədavası olmalıdır.

«Şamaxı» məğlubiyyətlərə son verə bilməsə də, demək lazımdır ki, məşqçi işi görünür. Premyer Liqanı yaxından izləyənlər bu komandaya tamaşa etməkdən boyun qaçırmaz hər halda.

Bir dəst-xətt yaradıblar, oynadıqları futboldan səmimiyyət yağır. Fəqət, əsas problemin aradan qalxması üçün bu, kifayət etmir, təcrübə və səviyyə azlığının yaratdığı deffekt həlledici anlarda öz işini görür, «Şamaxı»nı xaldan məhrum edir.

Aksioma- sən vurmasan, sənə vuracaqlar.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti