Olmasa, olmayacaq!

3 Oktyabr 2022 19:00 Şamaxı 631
Olmasa, olmayacaq!

Futbol sadə həqiqət üzərində bərqərar olub.

Dünyanın harasında oynanılır oynayılsın. Əgər sən işə gecə başlamısansa və doğru yol seçməmisənsə, mikro imkanlarla böyük iş görə bilməyəcəksən.

Bu acı reallıq «Şamaxı»nı hər həftə təqib edir. Dünənə kimi komandanın adından Vüqar Əsgərli danışırdı, nəhayət, məğlubiyyətlərdən əldən düşdü, «estafet»i Cavid Hüseynova verdi.

Baş məşqçi vəzifəsinin gerçək icraçısı isə çıxdı mətbuat önünə, 2 aydır dediklərimizi təkrar elədi.

«Şamaxı» oynayır. Mübarizə aparır. Müqavimət göstərir. Rəqibləri narahat edir.

Qol vəziyyətləri yaradır. Kim meydana çıxırsa, istəyir ki, nəsə eləsin.

Amma bunların heç biri xal/xallar qazanmağa yetərli olmur. Səkkiz turluq marafon ərzində biz «Şamaxı»nın əzmkarlığını həmişə ön plana çəkdik, sadəcə, turnir cədvəli əsl həqiqəti gözünü qırmadan gözümüzün önünə sərir - Cavid Hüseynovun komandası son pillədədir.

Onda hardansa belə bir əminlik var ki, «Şamaxı» mövsümün axırında 10-ci sıranı tutmayacaq, üst yerlərdən birinə qalxacaq.

Bilmrik Hüseynov bu proqnozu səsləndirməklə nəyə əsaslanır, ancaq onu təxmin etmək olar ki, «Şamaxı» bir müddət sonra dəyişikliyə gedəcək.

Böyük ehtimalla, bu, strategiya ilə bağlı olacaq. Yerli və gənc qüvvə ilə çıxdıqları yolun yarısından dönəcəklər, heyəti daha artıq büdcə ilə dizayn edəcəklər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti