
2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisi Super Liqa təmsilçisi “Sivasspor”la qarşılaşıb.
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Dənizçilər"in heyətində Pedro Nuno fərqlənib.
"Səbail" daha əvvəl “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib.