Heyətlə bağlı ciddi dəyişikliklərə məruz qalan “Səbail”də istirahət dövrü bu ayın sonuna qədər davam edəcək.
“Dənizçilər” iyunun 24-25-də Bakıda bir araya gələcək.
Paytaxtda keçiriləcək təlim-məşq toplanışının birinci mərhələsi 10 gün davam edəcək. Ardınca komanda üzvləri Türkiyəyə yola düşəcək.
İyulun 4-də qardaş ölkəyə səfər edəcək Bayıl təmsilçisi yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Hələlik məkan və sınaq matçlarındakı rəqiblər barədə çalışmalar gedir.
Ərzurum, Bolu, Ankara – bu üç şəhərdən biri seçiləcək.
Maraq üçün bildirək ki, ötən mövsümü 7-ci pillədə başa vuran “Səbail”in büdcəsi təxminən 60 faiz azaldılıb.
HƏBİB / SPORTINFO.AZ