Yaxınlarda Premyer Liqa klubundan istefa verən baş məşqçi özünə iş tapdı

25 Noyabr 2023 13:00 Səbail 3 336
Yaxınlarda Premyer Liqa klubundan istefa verən baş məşqçi özünə iş tapdı

Br müddət əvvəl «Kəpəz»in baş məşqçi postundan ayrılan Azər Məmmədovdan yeni xəbər var.

Uğursuz nəticələrə görə istefaya gedən mütəxəssis keçmiş iş yerinə qayıdır.

Söhbətin Gəncə klubundan getməsini düşünməyin. Səbəbkar «Səbail»ə dönməyi lazım bilib. O, yenidən Şahin Diniyevin əsas köməkçisi olacaq.

2022-ci ilin dekabrında burada işlə başlayan Məmmədov bu ilin yayınadək Bayılda çalışıb. Daha sonra «Kəpəz»in yolunu tutub.

İndi «Səbail»də də vəziyyət bir qədər dəyişib. Şahin Diniyev onun yerinə gətirdiyi Sebahettin Tekinə daha əvvəlkitək etimad göstərmir.

Bunun səbəblərindən biri də yaxınlarda Türkiyə kanalında gedən videosüjetdir. Belə ki, orada «Səbail»in Premyer Liqada cari çıxışından danışılıb,

Tekinin qazanılan nəticələrdə xidməti ön plana çəkilib. Süjetdən belə anlaşılır ki, komandanın ağ zolağa çıxmasında onun əməyi daha böyükdür, nəinki Diniyevin.

Təbii ki, bu da sonuncunun xoşuna gəlməyib, çəkiliş ekranlaşandan sonra köməkçisini «burunlamağa başlayıb».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti