Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalırlar

02:30 Araşdırma 85
Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalırlar

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu imza atıb..

O, Misli Premyer Liqasının 7-ci turunun “Zirə” ilə səfər görüşündə (1:1) fərqlənib.

900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən “Şamaxı” ümumi qol sayında yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

İlk qol 1999/2000 mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM