Ümid qaldı “Sabah”a... “Qarabağ” nə ilə öyünə bilər?

16:20 Sabah 133
Ümid qaldı “Sabah”a... “Qarabağ” nə ilə öyünə bilər?

Azərbaycan klublarının Çexiya təmsilçiləri ilə qarşılaşmaları bizim üçün uğursuz bitib.

İndiyədək bu ölkənin komandaları ilə 12 dəfə üz-üzə gəlmişik və hələ qələbə yoxdur.

Sportinfo.az xəbər verir ki, “Sabah” tilsimi qıra bilər. Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda baş tutacaq sabahkı oyunda siftə etmək şansı var.

29 illik rəqabətdə 3 fərqli komandamız çexlərlə üz-üzə gəlib. “Şəmkir” hər iki matçda uduzubsa, “Karvan” səfərdə heç-heçəyə nail olub. Qalan bütün duellər “Qarabağ”ın adı ilə bağlıdır və ağdamlılar yalnız 3 heç-heçə ilə öyünə bilər.

Həmişə təsnifat mərhələsində üz-üzə gəldiyimiz çexlərin 4 komandası bütün hallarda mərhələ keçən tərəf olub.

“Sabah” isə vaxtilə “Şəmkir” və “Karvan”ı sıradan çıxarmış “Slaviya” ilə qrup mərhələsində üz-üzə gələcək və ilk qələbəni qazanmağa cəhd edəcək.

Klublarımız Çexiya komandalarına qarşı:

23.07.1997. 1997/98. UK, Təsnifat mərhələsi. Yablonets – Qarabağ 5:0

30.07.1997. 1997/98. UK, Təsnifat mərhələsi. Qarabağ – Yablonets 0:3

26.07.2000. 2000/01. ÇL. Təsnifat mərhələsi. Slaviya Praqa – Şəmkir 1:0

02.08.2000. 2000/01. ÇL. Təsnifat mərhələsi. Şəmkir – Slaviya Praqa 1:4

10.08.2006. 2006/07. UK. Təsnifat mərhələsi. Karvan – Slaviya Praqa 0:2

24.08.2006. 2006/07. UK. Təsnifat mərhələsi. Slaviya Praqa – Karvan 0:0

26.07.2016. 2016/17. ÇL. Təsnifat mərhələsi. Viktoriya Plzen – Qarabağ 0:0

02.08.2016. 2016/17. ÇL. Təsnifat mərhələsi. Qarabağ – Viktoriya Plzen 1:1

15.09.2016. 2016/17. AL. Qrup mərhələsi. Qarabağ – Slovan Liberets 2:2

24.11.2016. 2016/17. AL. Qrup mərhələsi. Slovan Liberets – Qarabağ 3:0

17.08.2022. 2022/23. ÇL. Pley-off mərhələsi. Qarabağ – Viktoriya Plzen 0:0

23.08.2022. 2022/23. ÇL. Pey-off mərhələsi. Viktoriya Plzen – Qarabağ 2:1

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO