Veteranlar arasında dünya çempionatında 3 gümüş medal qazandılar

04:30 Güləş 104
Veteranlar arasında dünya çempionatında 3 gümüş medal qazandılar

Azərbaycan güləşçiləri İordaniyanın paytaxtı Ammanda keçirilən veteranlar arasında dünya çempionatında 3 gümüş medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yunan-Roma güləşçilərindən Fikrət Bağırov (70 kq) və Elgiz Məmmədov (100 kq), sərbəst güləşçilərdən isə Elçin Həsənov (70 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Yarışda Azərbaycanı dörd hakim təmsil edib. Birinci dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi görüşlərin idarəçiliyində söz sahibi olub.

Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə orta hakim funksiyasını yerinə yetiriblər. Onlar həmçinin beynəlxalq dərəcə almaq üçün imtahanda iştirak ediblər. Sınağın nəticələri ilin sonunadək açıqlanacaq.

Dünya çempionatı oktyabrın 6-dan 11-dək təşkil olunub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM