FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) - “Real” (İspaniya) oyununu idarə edəcək.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.
Oktyabrın 14-də Roma şəhərində yerləşən "Stadio Tre Fontane"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

