Legionerlər yığışıb narazılıq etdi, “özünü pis aparır” dedi, İSTEFAYA GÖNDƏRİLDİ

12:40 Gündəm 324
Legionerlər yığışıb narazılıq etdi, “özünü pis aparır” dedi, İSTEFAYA GÖNDƏRİLDİ

“İmişli” baş məşqçi Fərid Namazov ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

F.Namazov bu ilin iyul ayında "İmişli"nin baş məşqçisi təyin edilmişdi. Onun gedişinin rəsmi səbəbi komandanın Premyer Liqanın 7 turunda uğursuz nəticələrə imza atmasıdır. Belə ki, aranlılar 4 xalla 9-cu pillədə qərarlaşıb.

Ayrılığın "Qarabağ"la Yevlaxda keçirilən matçdan (0:2) sonraya təsadüf etməsi, əslində, təsadüfi hadisə deyil.

Biz bu haqda bir qədər əvvəl geniş yazı hazırlamışıq (https://www.sportinfo.az/idman_xeberleri/problem/262224.html).

Son məlumata görə, F.Namazov köməkçiləri ilə yanaşı, bəzi aparıcı futbolçularla ciddi problem yaşayıb. Xüsusən legionerlərlə.

Rəhbərliyə müraciət edərək, gənc mütəxəssisin özünü aparmasından, onlara münasibətindən, keçdiyi hazırlıq prosesindən şikayətləniblər.

Bildiriblər ki, Namazov komunikasiyanı düzgün qurmur, kollektiv daxilində ayrı-seçkilik hallarına yol verir, tez-tez münaqişəyə meyl edir, əlqərəz, özünü çox pis aparır.

Komanda üzvlərinin dayanmayan artan narazılığı, düşərgədən gələn digər xəbərlər, üstəlik, nəticələrin bərbad olması yekunda başbilənləri belə addım atmaq məcburiyyətində buraxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO