Üç futbolçusu ilə yeni müqaviləyə görə danışıq aparır

00:10 İngiltərə 99
Üç futbolçusu ilə yeni müqaviləyə görə danışıq aparır

“Arsenal” əsas futbolçuları ilə müqavilələrin müddətini uzatmaq üçün danışıqları davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

London təmsilçisi bir neçə aydır Deklan Rays, Martin Edeqor və Yurrien Timberlə danışıqlar aparır. Hələlik tərəflər arasında yeni müqavilələr imzalanmayıb.

Ancaq klub rəhbərliyi bu məsələni noyabrda keçiriləcək beynəlxalq fasilə zamanı həll etməyi planlaşdırır. Bildirilir ki, futbolçularla yalnız son detalların razılaşdırılması qalıb.

İngiltərə Premyer Liqasında 6 turdan sonra 15 xal toplayan “Arsenal” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. London təmsilçisi lider “Mançester Siti”dən 3 xal geri qalır.

“Topçular” UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvar 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM