“Neftçi”də məşqçilərə və işçilərə siqaret qadağası tətbiq olundu

14:20 Neftçi 158
“Neftçi”də məşqçilərə və işçilərə siqaret qadağası tətbiq olundu

«Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasında yeni məhdudiyyət tətbiq edilib.

Artıq burada siqaret çəkilməsinə icazə verilmir.

Bu, kompleksə məsul şəxslərin göstərişidir.

Qərarı anlayışla qəbul etmək lazımdır - ərazidə təmir və təmizlik işləri aparılır, hər tərəf səliqə-sahmana salınır.

Qadağa yalnız işçi personalına şamil olunmayıb, eyni zamanda, məşqçi və texniki əməkdaşlara aiddir.

Onlar avzyaşlı futbolçuların və valideynlərin gözü qarşısında siqaretini tüstülədə bilməz. Bunu edənləri töhmət və pul cəriməsi gözləyir.

Yeri gəlmişkən, övladları burada çıxış edən valideynlər daha gündəlik məşq prosesini tribunadan izləyə bilməz.

Bu, akademiyanın koordinatoru Elxan Abdullayevin qərarıdır.

Yaydan bəri paytaxt təmsilçisində çalışan E.Abdullayev qəfildən belə addım atmayıb. O. bir çox valideynin məşqçilərin işinə müdaxilə cəhdini görərək, çıxış yolunu qadağada görüb.

Çünki azyaşlıların böyükləri əksər hallarda hazırlıq prosesləri zamanı tribunada əyləşərək, meydanda məşq keçən mütəxəssislərə «məsləhət» verir.

Bu kimi hallar dəfələrlə təkrarlandığından, çalışdırıcılar koordinatora şikayətlənib.

Belədə Abdullayev valideynlərin məşq meydançasına yaxın gəlməsinə, ümumiyyətlə, avtomobilləri ilə bazaya daxil olmasına «yox» deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO