“Hələ heç bir qərar verilməyib, ona görə də şərh verməyin mənası yoxdur”

10:00 İngiltərə 159
“Hələ heç bir qərar verilməyib, ona görə də şərh verməyin mənası yoxdur”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk “Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı məsələyə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı hələ yekun qərar verilmədiyi üçün məsələ ilə bağlı fikir bildirməyə tələsmədiyini deyib:

“Hələ heç bir qərar verilməyib, ona görə də, bu barədə şərh verməyin mənası yoxdur. Hər şey tam məlum olduqdan sonra mütləq öz fikrimi bildirəcəm. Hələlik isə gözləyək”.

“Liverpul” Premyer Liqanın 6-cı turunda öz meydanında “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM