Buradan gedən 6 nəfər Gürcüstandakı yarışda iştirak edəcək - FOTOLAR

05:00 Digər növlər 113
Buradan gedən 6 nəfər Gürcüstandakı yarışda iştirak edəcək - FOTOLAR

Oktyabrın 14-ü Gürcüstanın Mtsxeta şəhərində kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, Mtsxeta Şəhəri Günü münasibətilə keçiriləcək turnirdə Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) 6 nəfərlik idmançı heyəti ilə təmsil olunacaq.

Kanoe növündə Fəxri Sadıqlı və Rüstəm Əsgərov mübarizə aparacaq.

Kayak qayığında Sənan Cəfərzadə, Nizami Kərimov, Tahir Mövsümov və Yunis Əhmədov medallar uğrunda yarışacaq.

Komandaya məşqçi İsbəndiyar Cəfərov başçılıq edəcək.






Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM