Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vuruldu - QALİBLƏR

08:00 Sportinfo TV 89
Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vuruldu - QALİBLƏR

Gənclər və İdman Nazirıiyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) 2026-cı il üçün təsdiq edilmiş təqvim planına əsasən, dağ velosipedi (MTB) üzrə ölkə kubokunun 3-cü mərhələsi keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AVİF-dən məlumat verilib.

Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

Elit, U-23 və gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamal İsmayılov 2-ci, Kənan Eyvazov isə 3-cü yeri tutub.

U-17 kateqoriyasında Əli Zeynalzadə, Toğrul Məmmədli və Kənan Eyvazov (hamısı ROEQİUGVM) müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

U-15 yaş kateqoriyasında da ROEQİUGVM idmançıları hamıdan güclü olublar. Məhəmmədəli Ağazadə qızıl, Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM