“Sumqayıt” Premyer Liqada ilk qələbəsini 7-ci turda qazana bildi.
"Kimyaçılar" doğma meydanda “Qəbələ”nin daşını daş üstə qoymadı.
Kandidonun yetirmələri bölgə klubunu 4:1 hesabı ilə darmadağın etdi. Sumqayıtlılar təkcə parlaq qələbə qazanmadı, həm də əla oyun sərgilədi.
Komandanın bu çıxışından azarkeşlər də məmnun görünürdü. Final fitindən sonra yaşananlar bunu deyir.
Futbolçuları yanlarına çağıran fanatlar mövsümdəki ilk qələbəni böyük coşqu ilə qeyd etdilər.
XANOĞLAN/ SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq həmin anları əks etdirən videonu izləyə bilərsiniz:
