Metro “Sabah”a görə bu gün gücləndirilmiş rejimdə çalışacaq

13 Oktyabr 13:20 Gündəm 451
Metro “Sabah”a görə bu gün gücləndirilmiş rejimdə çalışacaq

“Sabah”ın bu gün Bakı Olimpiya Stadionunda “Slaviya” ilə keçirəcəyi Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Sportinfo.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.

“Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək. Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək”, - məlumatda deyilir.

Digər Xəbərlər
Xəbər Lenti