«Səbail»də toplantı keçirilib. Yığıncaq I Liqanın ilk dörd turuna həsr olunub.
Rəhbərlik məşqçi və futbolçu heyəti ilə görüşdə nəticələrdən narazılığını dilə gətirib.
Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, toplanan 8 xal qətiyyən onları qane etmir. Çünki məqsəd öncədən elan olunub - çempionluq.
Premyer Liqaya birbaşa vəsiqə qazanmaq naminə kollektivə hər cür şəraitin yaradıldığı, bütün istəklərinin qarşılandığı xatırladılıb, bunun qarşılığını vermələri tələb edilib.
Bildirilib ki, vəziyyətin bu cür hal alması yolverizməzdir, nəyəsə göz yummayacaqlar. Birmənalı şəkrldə deyilib ki, yönətim Elnur Abdullayevin arxasındadır və əvvəl olduğu kimi, yenə də ona inanırlar.
Baş məşqçiyə dəstəyini nümayiş etdirən idarəçilər öz məsləhət və tövsiyələrini verib, uğurlu nəticələrin əldə olunması məqsədilə görüləcək yeni tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Qubaya köçməyə və adını dəyişməyə hazırlaşan «Səbail» dörd turdan sonra turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Sabiq «dənizçilər» bu həftə səfərdə «Zaqatala»nın qonağı olacaq.
SPORTİNFO.AZ
