Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçiriləcək “Sabah” - “Slaviya” (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, paket biletlər də daxil olmaqla, 51 minə yaxın bilet satılıb.
“Sabah” Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək.
“Bayquşlar” oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasını qəbul edəcək.
