Dünya futbolunuun ulduzu bloger sevgilisindən ayrıldı

04:00 Hadisə 85
Dünya futbolunuun ulduzu bloger sevgilisindən ayrıldı

“Real”ın hücumçusu Vinisius Junior bloger sevgilisi Virciniya Fonsekadan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 27 yaşlı blogerin nümayəndəsi “CNN Brasil”-ə açıqlamasında məlumat verib:

“Virciniya Fonseka ilə Vinisius Junior artıq birlikdə deyillər. Heç bir münaqişə, mübahisə olmayıb. Onlar artıq cütlük olmaq istəmədiklərinə birgə qərar veriblər”.

“Real” oktyabrın 10-da, İspaniya La Liqasının 8-ci turunda doğma meydanda “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub edib.

Vinisius həmin qarşılaşmaya start heyətində başlamayıb və 52-ci dəqiqədə meydana daxil olub. Ancaq braziliyalı futbolçu 73-cü dəqiqədə rəqibinin saçından tutduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Onu bir neçə oyunluq diskvalifikasiya gözləyə bilər. Bu səbəbdən, 26 yaşlı hücumçunun “Barselona” ilə qarşılaşmanı buraxması ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM