“Slaviya”nın hücumçusu Daniyel Şturm Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Sabah”la keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Sportinfo.az Praqa klubunun saytına istinadən xəbər verir ki, futbolçu “Sabah”ın onlar üçün turnirdə qalib gəlmək şanslarının daha yüksək olduğu rəqib olduğunu deyib:
“Çətin oyun gözləyirəm, amma səfərə qalib gəlmək üçün gedirik. “Sabah” mütləq qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır.
Amma bu, Çempionlar Liqasıdır və heç kimi qiymətləndirməmək olmaz. Çətin olacaq, amma inanıram ki, oyunun sonunda sevinən tərəf biz olacağıq”.
Şturm Bakıda “Sabah”a qarşı bir dıfı qələbə qazanıb. O, “Çelye”nin heyətində ötən mövsüm Avropa Liqasında Bakı təmsilçisinə qarşı keçirilən oyunda 90+3-cü dəqiqədə qol vuraraq komandasının 3:2 hesablı qələbəsini təmin edib.
“Yenidən həmin hissləri yaşamaq istərdim. Özümü yaxşı hiss edirəm. Milli komandada keçirdiyim 4 oyundan sonra istirahət etmək mənə kömək oldu”.
"Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakıda keçiriləcək və saat 20:45-də start götürəcək.
