Premyer Liqa oyununu izləmək istəyənlər 2-20 manat verməlidir - FOTO

02:20 Kəpəz 92
Premyer Liqa oyununu izləmək istəyənlər 2-20 manat verməlidir - FOTO

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Zirə” matçının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda baş tutacaq görüşə biletlərin qiyməti dəyişməz qalıb.

“Sarı-göylər”in növbəti ev oyununu izləmək istəyənlər 2-20 manat dəyərində olan biletlər əldə edə bilərlər.

Satış bu gün iticket.az saytı vasitəsilə onlayn başlanıb. Oktyabrın 14-dən etibarən stadionun kassalarında fiziki biletlərin satışına start veriləcək.

Matçın start fiti oktyabrın 18-də saat 18:30-da çalınacaq.

“Kəpəz”in bu mövsüm doğma meydançada keçirdiyi bütün oyunlarda böyük maraq qeydə alınıb.

Komanda “Turan Tovuz” (13500 nəfər), “Şamaxı” (15000 nəfər), “Qəbələ” (11000 nəfər) və “Sumqayıt”la (14500 nəfər) qarşılaşmalarda azarkeş sayına görə mövsümün rekordunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM