“Kəpəz”in 300-cü sevinci

03:50 Kəpəz 115
“Kəpəz”in 300-cü sevinci

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının 7-ci turuna təsadüf edib.

Gəncə təmsilçisi səfərdə “Araz-Naxçıvan”ın qapısından 2 cavabsız top keçirib.

Qərb klubunun 300-cü sevinci 721-ci matçına təsadüf edib. Evdə 194, səfərdə 102 dəfə qalib gələn “Kəpəz” neytral meydançalarda 4 dəfə qələbəyə sevinib.

İlk qələbəsini 1992-ci il mayın 3-də “Turan”la ev matçında əldə edən (2:1) Gəncə klubu 300 və daha çox oyunda qalib gələn 4-cü komandadır.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM