İki həmvətənimiz Rusiyada çempion oldu

08:10 Güləş 110
İki həmvətənimiz Rusiyada çempion oldu

Oktyabrın 10-11-də Rusiyanın Vladiqafqaz şəhərində Olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıb.

15 ölkədən 300-dən artıq yeniyetmənin mübarizə apardığı turnirdə ölkəmizi U-15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.

Avropa çempionu Elvin Necəfzadə 85 kiloqramda bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kiloqramda eyni uğura imza atıb.

Turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM