“Hidayət Heydərov hazırda çəki ilə bağlı problem yaşayır”.
Sportinfo.az xəbər verir ki, bunu kişilərdən ibarət cüdo üzrə yığmanın baş məşqçisi Riçard Trautman deyib.
O, Bakıda keçirilən DÇ-də nəticə qazana bilməyən Hidayət Heydərovla bağlı danışıb.
R.Trautman Olimpiya çempionumuzun gələcəkdə 73, yoxsa 81 kq-da güləşəcəyi barədə də fikirlərini açıqlayıb:
“Hidayətlə görüşümüz olub. Onunla danışmışıq ki, özü qərar versin. Hansı çəkidə güləşəcək - bunu özü seçəcək.
Onun bir həftə vaxtı var. Hidayətin yenidən Olimpiya çempionu olmasını istəyirik”.
