“Sən həmişə qəlbimdə qalacaqsan” - Türkiyə millisindən ayrılan Montellanın vida sözləri

01:30 Türkiyə 142
“Sən həmişə qəlbimdə qalacaqsan” - Türkiyə millisindən ayrılan Montellanın vida sözləri

İtaliyalı mütəxəssis Vinçenzo Montella Türkiyə millisinin baş məşqçisi postundan ayrıldıqdan sonra vida müraciəti yayımlayıb. Onun istefası oktyabrın 9-da elan olunub.

Sportinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edərək, Türkiyə Futbol Federasiyasına, futbolçulara, məşqçilər heyətinə və azarkeşlərə təşəkkürünü bildirib:

“Hər gözəl hekayənin bir gün sonu gəlir. Ancaq bəzi səyahətlər futboldan daha vacib izlər buraxır. Türkiyə millisinə rəhbərlik etmək mənim üçün böyük şərəf idi.

Üç il əvvəl bu möhtəşəm ölkənin milli komandasına rəhbərlik etmək mənə həvalə olundu.

Mənə inandıqları, dəstək olduqları və bu yola başlamağıma kömək etdikləri üçün Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Mehmet Büyükekşiyə və onun komandasına səmimi qəlbdən təşəkkür etmək istəyirəm.

Futbolçulara fədakarlıqlarına, zəhmətkeşliklərinə və milliyə sədaqətlərinə görə ayrıca təşəkkür edirəm. İşim başa çatdıqdan sonra onların bir çoxunun mənə göndərdiyi səmimi mesajlar aramızdakı münasibətlərin nə qədər möhkəm olduğunu bir daha göstərdi.

Məşqçilər heyətimə və gündəlik işlərində əzmkarlıq göstərən bütün əməkdaşlara, hazırkı prezident İbrahim Etem Hacıosmanoğluna və Türkiyə Futbol Federasiyasına da etimada görə minnətdaram. Əlbəttə, dünyanın hər yerində bizi inanılmaz ehtiras və dəstəklə müşayiət edən azarkeşlərimizə də təşəkkür edirəm.

Birlikdə unudulmaz anlar yaşadıq, tarixi nəticələr qazandıq, çətinliklərin öhdəsindən gəldik və ölkə tarixinin xüsusi səhifəsinin bir hissəsinə çevrildik. Bu xatirələri və Türkiyə xalqının mənə göstərdiyi səmimiyyəti həmişə qoruyacam.

Futbol yalnız nəticələrdən və kuboklardan ibarət deyil. İnanıram ki, məşqçi ölkədən ayrıldıqdan sonra insanların ona münasibəti meydandakı nailiyyətləri qədər vacibdir.

Ümid edirəm ki, futbolçular və məşqçilər heyəti ilə birlikdə yaşatdığımız emosiyalar sayəsində Türkiyə xalqı məni sevgi və hörmətlə xatırlayacaq.

Təşəkkürlər, Türkiyə! Sən həmişə qəlbimdə qalacaqsan”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM