“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi Rodriqo Bentankurun “Mançester Yunayted”lə oyunda meydandan qovulmasına münasibət bildirib.
İngiltərə Premyer Liqasının 6-cı turunun qarşılaşmasında yarımmüdafiəçi 78-ci dəqiqədə rəqib futbolçuya başla zərbə endirdiyi üçün qırmızı vərəqə alıb.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, De Zerbi, Bentankurun hərəkətinin düzgün olmadığını vurğulasa da, komandanın məğlubiyyətə və buraxılan qola belə reaksiya verməli olduğunu bildirib:
“Biz məğlubiyyətlə və buraxdığımız qollarla barışmaq istəmədiyimizi göstərdik. Əlimizdən gələn bütün vasitələrlə reaksiya verməliyik.
Bentankur yanlış yol seçdi, amma paltardəyişmə otağında onu öpdüm. Çünki xarakter göstərməli idik”.
“Tottenhem” 90+2-ci dəqiqədə hesabı bərabərləşdirərək “Mançester Yunayted”lə heç-heçə edib – 1:1. Londonlular Premyer Liqada keçirdikləri 6 oyundan sonra 3 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıblar.
