Belarus Açıq Kubokunda komanda hesabında birinci oldular

04:40 Digər növlər 85
Belarus Açıq Kubokunda komanda hesabında birinci oldular

Eşitmə məhdudiyyətli idmançılar arasında yunan-Roma güləşi üzrə keçirilən Belarus Açıq Kubokunda Azərbaycan komandası birinci yeri tutub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qomel şəhərində təşkil olunan yarışda 5 ölkənin təmsilçiləri mübarizə aparıblar. Turnirdə 9 idmançı ilə təmsil olunan Azərbaycan komandası ümumilikdə 9 (4 qızıl, 3 gümüş, 2 bürünc) medal qazanıb.

Murad Cəfərov (55 kq), Kənan Allahverdiyev (60 kq), Namiq Əliyev (72 kq) və İlkin Həmzəyev (82 kq) qızıl, Ceyhun İsazadə (60 kq), Tuncay İbrahimzadə (77 kq) və Elimxan Qırxlarzadə (130 kq) gümüş, Qəmbər Türbətzadə (72 kq) və Zöhrab Mehdiyev (77 kq) isə bürünc medala sahib olublar.

195 xal toplayan Azərbaycan seçməsi komanda hesabında 5 ölkə arasında ən yüksək pillədə qərarlaşıb.

Beynəlxalq yarış oktyabrın 8-dən 12-dək keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM