“Qarabağ”ın keçmiş məşqçisi Premyer Liqanı istəyən klubda

16:00 I Divizion 208
“Qarabağ”ın keçmiş məşqçisi Premyer Liqanı istəyən klubda

I Liqanın iddialı mənsublarından «Səbail»də yeni təyinat olub.

«Qarabağ»ın sabiq məşqçisi Elvin Alıyev burada işə başlayıb.

O, Elnur Abdullayevin fiziki hazırlıq üzrə köməkçisi postuna gətirilib.

Vaxtilə Qurban Qurbanovla bir yerdə çalışmış mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin yayınadək qüvvədə qalacaq.

Qubaya köçməyə hazırlaşan klub Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparır. Sabiq «dənizçilər» dörd turdan sonra turnir cədvəlində 3-cü yeri tutur.

Səkkiz xala malik komanda bu müddətdə 2 qələbə qazanıb, 2 dəfə heç-heçə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti