18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - “Sabah”ın oyunu ilə əlaqədar

07:10 Sabah 122
18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - “Sabah”ın oyunu ilə əlaqədar

Oktyabrın 13-də “Sabah”ın Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

“Sabah” Çempionlar Liqasının əsas mərhələsində “Slaviya” ilə saat 20:45-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM