Azərbaycanda mövsümün ən erkən qolu vurulub.
Bu, II Liqada qeydə alınıb.
Belə ki, haldisə 7-ci tur çərçivəsində keçirilən «Ağstafa Gəncləri» - «Qaradağ Lökbatan» matçında reallaşıb. Ev sahiblərinin hücumçusu Elçin Qasımov 19-cu saniyədə hesabı açıb.
300 tamaşaçının olduğu görüşdə qapılara daha iki qol vurulub. O da fasilədən sonra. Həm birinci, həm də ikinci hissədə hücum futbolu sərgiləyən «Qaradağ» bir çox epizodu boşa verib.
60-cı dəqiqədə Hüseyn Alıyev yerli komandanı azlıqda qoyub. Belədə qonaqların işi nisbətən asanlaşıb.
Penalti epizoduna gəlincə, qapıçı Elgün Əmiraslanovun rəqib hücumçuya toxunuşu meydandakı proseslərin gedişini dəyişib. Baş hakim Nahid Xasıyev «onbirmetrə»ni iki dəfə rəkrarladıb.
İsa Zeynallı ikinci cəhddə toru silkələyib. «Qaradağ» 79-cu dəqiqədə status-kvonu öz xeyrinə dəyişib.
Beləcə, Amit Quluzadənin çalışdırdığı komanda bu qələbə ilə 18 xal toplayaraq ilk pilləyə yüksəlib. "Ağstafa Gəncləri" isə 12 xalla 4-cü sırada yer alıb.
SPORTİNFO.AZ
“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 1:2
Qollar: Elçin Qasımov, 1 – İsa Zeynallı, 64-pen. Tural Axverdiyev, 79.
