“Prezident İlham Əliyevin dünya çempionatında iştirak etməsi hamımızı sevindirdi”

07:20 Cüdo 110
“Prezident İlham Əliyevin dünya çempionatında iştirak etməsi hamımızı sevindirdi”

“Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatında iştirak etməsi hamımızı sevindirdi”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O, Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ölkə başçısının iştirakından danışıb:

“İlk növbədə Azərbaycan Cüdo Federasiyası olaraq Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.

Sözsüz ki, dövlət başçısının yarışın ikinci günündə, açılış mərasimində iştirakı və dünya çempionatında komandamıza dəstək verməsi Azərbaycan Cüdo Federasiyası rəhbərliyi üçün qürur mənbəyi oldu.

Cənab Prezident qızıl medal qazanan Əhməd Yusifovla da görüşdü. Bu həmin gündən sonra güləşəcək idmançılarımız üçün böyük stimul idi. Hamımız üçün qürur mənbəyi oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM