“Çətin qrafikimiz var, amma şikayət olunacaq bir şey yoxdur”

14:20 Sabah 98
“Çətin qrafikimiz var, amma şikayət olunacaq bir şey yoxdur”

“Sabah”ın hücumçusu Coy-Lens Mikkels Misli Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə 0:0 hesablı heç-heçəni şərh edib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionunun almaniyalı forvardı Çempionlar Liqasının ikinci turunun Bakıda "Slaviya"ya (Praqa) qarşı keçiriləcək görüşü haqda da danışıb:

“Neftçi” ilə oyun haqqında nə deyə bilərəm? Məğlub olmadıq. Bir xal qazandıq və məğlubiyyətsiz seriyamızı davam etdiririk.

Qarşıda Çempionlar Liqasında "Slaviya"ya qarşı görüş var və bütün düşüncələrimiz həmin matça yönələcək. Çətin qrafikimiz var, amma buna doğru çalışırdıq.

Müasir futbolun reallığı budur. Şikayət olunacaq bir şey yoxdur.

Tez bir zamanda özünə gəlməli və yaxşı oyun göstərməliyik. Bu, asan olmayacaq, amma biz bunu edə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti