Çempionumuzun əsas qol ümidi nədən ehtiyat edir? - Özü açıqladı

16:40 Sabah 136
Çempionumuzun əsas qol ümidi nədən ehtiyat edir? - Özü açıqladı

“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanmaq üçün növbəti sınağına hazırlaşır.

Təmsilçimiz II turda doğma meydanda Çexiyadan “Slaviya Praqa” ilə üz-üzə gələcək.

“Sabah”ın əsas qol ümidlərindən olan Coy-Lens Mikels qarşılaşma ilə bağlı fikirlərini Sportinfo.az-a bölüşüb.

Almaniyalı hücumçu Sportinfo.az-a açıqlamasında ehtiyatlı, eyni zamanda inamlı danışıb:

“Milli komandaların düşərgəsindən qayıdan futbolçularımız var. Bununla yanaşı, “Neftçi”yə qarşı ağır oyun keçirdik.

Futbolçularda müəyyən mənada yorğunluğun olması normaldır.

Bərpa olunmaq üçün vaxtımız var. Bu müddətdən maksimum yararlanmağa çalışacağıq.

Məqsədimiz baxımlı oyunla Liqa mərhələsində ilk qələbəni qazanmaqdır. 3 xal üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO