“Sabah”lı “Neftçi”nin düşərgəsinə “bomba atdı”: “Bunu unutmasınlar”

20:00 Müsahibə 195
“Sabah”lı “Neftçi”nin düşərgəsinə “bomba atdı”: “Bunu unutmasınlar”

“Sabah”ın polşalı legioneri Timoteuş Puxaç Sportinfo.az-a müsahibə verib.

27 yaşlı müdafiəçi komandasının “Neftçi” ilə oyunla bağlı (0:0) sualları cavablandırarkən “ağ-qaralar”la bağlı “bomba” effektli açıqlamalar verib.

- Fasilə dönəmində milli komandanın oyunlarında iştirak etdin. Fiziki və psixoloji durumun necədir?

- Pis deyil. Düzdür, bir az yorğunluq var. Həm fərqli ölkələrə uçuşlar, həm də oyunlar istər-istəməz güc alır. Əsas odur ki, zədəsiz qayıtdım. “Slaviya” ilə matça qədər tam hazır olacağımı düşünürəm.

- Digər yığma üzvlərindən fərqli olaraq “11-lik”də yer almışdın. Belə olacağını gözləyirdin?

- Bu, millidə az oynamağımla və öz istəyimlə bağlı idi. Cəmi bir görüşdə meydana çıxmışdım deyə, oyun təcrübəsinə ehtiyac yaranmışdı. Baş məşqçimizlə söhbətdə oynamağa hazır olduğumu bildirdim. Baxmayaraq ki, istirahət etmək üçün vaxtım olmamışdı. Amma belə vəziyyətdə “Sabah”ın mənə ehtiyacı varsa, istirahətimi kənara qoyub komandaya kömək etməliyəm.

- Yenilənmiş “Neftçi”yə qarşı oynadın. Bu “Neftçi” çempionluq mübarizəsində “Sabah”la “Qarabağ”a başağrısı ola bilər?

- Bir oyuna görə nəsə demək olmur. Çempionat cəmi yeddi həftədir başlayıb. Və bu müddətdə “Neftçi” artıq “Zirə”yə uduzub. Onlar bunu unutmasınlar. O gün mənə yazı göstərdilər. Həmkarınız Coy-Lens Mikelsi Freddi Varqasla müqayisə edib. Jurnalistin nə düşündüyünü deyə bilmərəm, bəlkə də bunu yazarkən zarafat etmək istəyib. Mikelsi Varqasla eyni tutmaq... Mövsüm yeni başlayıb, Mikels 10-a yaxın qol vurub. Mikelsin adına hörmət etmək lazımdır. O, indiyə qədər Azərbaycan Premyer Liqasında oynayan ən səviyyəli legionerdir.

- İndi, yoxsa ümumiyyətlə?

- Təbii ki, bütün zamanlar üçün.

- Sənin üçün belədir?

- Tək mənim üçün yox, hamı üçün.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti