
"Səbail" milli fasiləsi öncəsi Premyer Liqada 4-cü məğlubiyyətini aldı.
"Qarabağ"ın qonağı olan Bayıl təmsilçisi 90 dəqiqənin sonunda güclü rəqibinə 1:3 hesabı ilə uduzdu.
Hesab daha da böyük ola bilərdi.
Əgər "Dənizçilər"in qapısını Səlahət Ağayev qorumasaydı.
Təcrübəli qapıçı ən azı 3-4 epizodda komandasını real qoldan xilas edərək, hesab arasındakı fərqin biabırçı həddə çatmasına mane oldu.
Bir epizodu isə xüsusi vurğulamasaq olmaz.
Milli komandamızın çərçivə qoruyucusu çox yaxın məsafədən vurulan ardıcıl 3 zərbəni qaytardı.
Hamidu Keytanın iki, Redon Cicanın isə bir zərbəsinə Ağayev fantastik reaksiya verməklə əcnəbi futbolçuların sevinməsinə imkan vermədi.
Səlahətin möhtəşəm performansı hər kəsi mat-məəttəl qoydu.
Əbəs deyil ki, yoldaşları ilə bərabər arenada olan əksəriyyət onun silsilə seyvlərini alqışladı.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz: