Liqada qalsan, 5000 alacaqsan, qadağanı pozsan…

27 May 2023 11:40 Səbail 784
Liqada qalsan, 5000 alacaqsan, qadağanı pozsan…

Bu gün Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.

Çempionatın autsayderləri olan "Səbail" və "Şamaxı" "ASCO Arena"da münasibətlərə aydınlıq gətirəcək.

"Dənizçilər"ə elitada qalmaq üçün heç-heçə də kifayət edir. Bölgə klubu isə I Diviziona düşməmək üçün mütləq qələbə qazanmalıdır.

Bayıl təmsilçisi qonaqları üstələyərsə, yüksək məbləğdə mükafat alacaq. Təqribən 5000 manat civarında.

Rəhbərlik bu matçdan ikinci bir qərar da verib. Komandanın idarəçi, məşqçi və futbolçularına mətbuat qadağası qoyulub.

Tapşırılıb ki, kimsə media mənsubları ilə əlaqə qurmasın, müsahibə, yaxud açıqlama verməsin. Göstərişdən kənara çıxanları böyük məbləğdə cərimə gözlədiyi barədə onlara xəbərdarlıq olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"