"Bu qərarı baş məşqçi verir" - "Qarabağ"ın yeni legioneri

15 Sentyabr 01:00 Qarabağ 423
"Bu qərarı baş məşqçi verir" - "Qarabağ"ın yeni legioneri

“Hər matçda qalib gəlmək istəyirik. Bu matç da istisna təşkil etmirdi. Lakin yekunda 1 xalla kifayətlənməli olduq”.

SportinfoL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın vingeri Taofeek İsmaheel Misli Premyer Liqasının V turunda “Zirə”yə qarşı keçirilən oyun (1:1) barədə danışarkən deyib.

Nigeriyalı futbolçu məhsuldar ötürmə ilə yadda qalmasına belə münasibət bildirib:

“Bu, normal haldır, mənim işimdir. Məqsədimiz qalib gəlməkdir.

Təəssüf ki, ikinci qolu vura bilmədik. Hədəfimiz çempionluqdur. Buna görə də bütün matçlarda 3 xal qazanmaq istəyirik”.

“Məhsuldar ötürmə müəllifi olmağınız sayəsində sizi növbəti matçda start heyətində görə bilərikmi?” sualını İ.Taofik belə cavablandırıb:

“Bu barədə bir söz deyə bilmərəm. Qərarı baş məşqçi verir. Mən məşqlərdə əlimdən gələni edirəm. İnanıram ki, tezliklə əsas heyət üzvü olacağam”.

Digər Xəbərlər
Xəbər Lenti