”Səbail” Azərbaycan millisinin sabiq müdafiəçisini işlə təmin etdi

4 Dekabr 2022 19:20 Səbail 1 107
”Səbail” Azərbaycan millisinin sabiq müdafiəçisini işlə təmin etdi

Premyer Liqada işləri qaydasında getməyən “Səbail” strukturunda müəyyən yenilənmə işləri ilə diqqət çəkməkdədir.

Ötən mövsüm başa çatan kimi əsas komandanın məşqçilər heyətini yenisi ilə əvəzləyən “dənizçilər”in müxtəlif vəzifələrində yeni adlara rast gəlməkdəyik.

Onlardan biri də “Səbail”in və Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimovdur.

Səhhətindəki narahatlıq üzündən futbolçu karyerasını 32 yaşında başa vuran müdafiəçi fəaliyyətini seleksiyaçı-məşqçi kimi davam etdirir. “Səbail” rəhbərliyi ona məhz bu postu həvalə edib.

Şəhriyarın əsas komandadakı işi təklif olunan legionerləri gözdən keçirməkdir. Bu şəxsin apardığı ilkin analizin cavabı müsbət çıxarsa, növbəti mərhələdə baş məşqçi Mahmud Qurbanov oyunçuya baxıb qərar verir.

Rəhimov əvəzedicilər və digər yaş qruplarından ibarət komandaları da diqqətdə saxlayır. Ötənlərin solaxay müdafiəçisi sentyabrda yeni işinin icrasına başlayıb.

Şəhriyar Rəhimov 14 illik futbolçu karyerasında “İnter” (indiki “Şamaxı”), “Karvan”, “Rəvan”, AZAL, “Kəpəz”, “Zirə” və “Səbail”in formasını geyinib, Azərbaycanın əsas millisində 9 matçın iştirakçısı olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!