Millinin futbolçularını daşıyan təyyarənin hava limanına enməsinə icazə vermədilər

12:20 Hadisə 93
Millinin futbolçularını daşıyan təyyarənin hava limanına enməsinə icazə vermədilər

İraq ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları əsas gətirərək, İran millisini daşıyan təyyarənin Bəsrə hava limanına enməsinə icazə verməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Təyyarə İrana qayıdaraq Abadan hava limanına enib, komanda oradan Bəsrəyə quru yolu ilə gedəcək” - İranın Bəsrədəki konsulluğunun nümayəndəsi bildirib.

Hadisədən sonra İran mülki aviasiya rəsmisi bildirib ki, bu qərar ölkənin ABŞ tərəfindən İran aviaşirkətlərinə qarşı tətbiq edilmiş sanksiyaları pozmaq riskini üzərinə götürə bilməməsi səbəbindən qəbul edilib.

İraq 2026-cı ilin sentyabrında ABŞ tərəfinin İran daşıyıcılarına xidmət göstərən və ya onlarla əməkdaşlıq edən hava limanlarına və şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədəsindən sonra İran aviaşirkətlərinin Bağdad hava limanına uçuşlarını dayandırmaq qərarına gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!