Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.
D Liqasının ikinci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşıb.
Vaduts şəhərindəki “Reynpark” stadionunda keçirilən görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, Ayxan Abbasovun çalışdırdığı kollektiv son oyunun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub.
AFFA rəhbərliyinin bu nəticə münasibətilə millini mükafatlandıracağı şübhə doğurmur. Hər halda qeydə alınan yekun tablo bir uğurdur.
Komanda üzvləri qrup oyunları zamanı «ənam» almayıb. İndi alacaqlar.
Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, uğurda əməyi keçənlərin hər birinə 40 min manat mükafat ödəniləcəyi gözlənilir.
SPORTİNFO.AZ
